18+ Məlumatlar

18+ Lazımlı Məlumatlar

Pis yatmaq cinsi aktivliyi azaldır

Pis yatmaq cinsi aktivliyi azaldır


Yəqin ki, hələ də aramızda xoruldamağı adi hal kimi qiymətləndirənlər var. Amma mütəxəssislər belə hesab edirlər ki, bu əslində ciddi problemlərdən xəbər verir. Ümumiyyətlə, yuxu, yatmaq forması insanın sağlamlığının göstəricisidir. Əksər hallarda yuxu problemi olan insanlar gün ərzində baş ağrısından əziyyət çəkir, günortalar yatmaq istədikləri halda yata bilmirlər. Bundan başqa onlar depresiyaya daha meyilli, unutqan, yaddaşsız, asan əsəbiləşən və cinsi istəksizlik yaşayan insanlar olurlar. Bu uzun müddət davam etdikdə isə yüksək təzyiq, infarkt, ürək çatmazlığı,ürəkdə ritm pozuqluqları, iflic və ani ölüm riskini artırır. Son illər ərzində aparılan digər bir araşdırma isə sübut edib ki, xoruldamaq bütün bu xəstəliklərlə yanaşı eyni zamanda cütlüklərin cinsi həyatına da mənfi təsir edir. Belə ki, əksər hallarda kişilərin yuxu ilə bağlı problemləri olur (tez-tez ayılma, xoruldama, yatarkən nəfəs ala bilməmək). Bu isə cütlüklərin yataqlarını ayırmaları ilə nəticələnir. Sağlam cinsi həyat keçirməyən cütlüklər isə tez-tez dalaşır, hər xırda mübahisəni böyüdürlər. Araşdırmalara görə, hər üç cütlükdən ikisində yuxu problemi olur. Bu isə o deməkdir ki, üç cütlükdən ikisi yuxu probleminə görə sağlam cinsi həyat yaşaya bilmir. Buna görə də həkimlər cinsi problemləri olan insanları müalicə edərkən onlardan yuxu problemlərinin olub-olmadığını da soruşur və bu məsələnin əsas səbəblərindən biri kimi pis yuxu şəraitini göstərirlər.

Kişilər niyə erotik film izlər?


Yataq otağına rəng qatmaq
Kişilər seksi darıxdırıcı olmasından qorxduqları üçün yeni həyəcanlara hər vaxt açıq olurlar. Porno izləmələrinin bir səbəbi də bu darıxdırıcı cinsi həyatdan xilas olmaq və yataq otağına rəng qatmaq. Lakin kişilər heç bir zaman pornoda izlədiklərini birə-bir tətbiq etməzlər, yalnız məsləhət alarlar.

Fantaziyalar
Kişilər porno izləyərək seks həyatlarını daha azad edirlər. Fantaziya dünyalarını inkişaf etdirmək və dəli xəyallarını bəzəmək üçün porno izləməyi seçirlər.

Çılpaq qadınlar
Kişilər qadın bədəninə heyran olduqları üçün çılpaq qadın görmək xoşlarına gedir. Kişilərin porno izləmələrindəki bir səbəb də çılpaq qadın görmə sevdası.

Çətinlik
Kişilərin bir çoxu edəcək daha əhəmiyyətli işləri olmadığı üçün porno izləyir.

Öyrənmək üçün
Qadınları cinsi mənada təsir etmək və cinsəllik cəhətdən müvəffəqiyyətli olmaq üçün bir çox kişi porno izləməyi seçir. Pornoyu cinsi təhsil olaraq görür.

Zövq almağı asan hala gətirmək
Kişilərin bir çoxu porno izlərkən mastürbasyon edir. Bu da, onların cinsi olaraq zövq almasını daha asan hala gətirir. Seks həyatlarında daha məhsuldar olmaq üçün pornoya müraciət edirlər.

Zifaf gecəsi (birinci gecə)


Məlumdur ki, bir çox cütlük üçün 
toy gecəsi ailə həyatının ən əhəmiyyətli günüdür və yoldaşlar bir-birlərinə qarşı bu ilk gecədə cinsi səviyyədə nə qədər mehriban və anlayışlı olsalar, xoşbəxt bir evlilik həyatının təməlini atmış olacaqlar. Bu hadisənin bəzən səhv məlumatlar səbəbiylə çox böyüdülməsi və ya bu mövzuda məlumat sahibi olmamaq kişini və əsasən də gənc qızı həyəcanlandırır. Kişi kişiliyini, qız da bakirəliyini sübut etmək vəziyyətindədir. Kişidə, bacara bilməmə qorxusu, qızda da cinsi əlaqədən həddindən artıq ağrı duyma qorxusu var. Günümüzdə toy mərasimləri ərəfəsində bəy və gəlinə sırasıyla sağdış və yengə deyilən köməkçilər tərəfindən ayrı-ayrı cinsi məlumatlar verilir.
Toy gününə qədər ailəsindən cinsi əlaqə ilə əlaqədar hər hansı bir məlumat ala bilməyən gəncə, sanki toy mərasiminin bir parçası olaraq qısa cinsi təhsil verilir. Evlilikdə cinsi əlaqənin normal olduğu vurğulanır. Yerli ənənələrə görə böyüklərin evlilik ilə əlaqədar təcrübə və məlumatları gənclərə izah edilə bilər. Sağduşun bəyin dostlarından xoşbəxt bir ailə qurmuş və ailəsinə bağlı olan birinin seçilməsinə diqqət göstərilir. Yengə isə, gəlin və ya anası və ya gəlinin qan qohumu olan evli bir qadın tərəfindən seçilər. Yengənin də xoşbəxt bir evlilik etmiş olmasına diqqət göstərilər.
İlk gecədə müvəffəqiyyətin açarı cinsi maariflənmədir: Bu gecə heç bir zaman adicə düşünülməməlidir, və evlənən yoldaşlar ilk gecə üçün məlumatlanmalı və diqqətlə hazırlanmalıdırlar. Əslində bir çox gənclər xüsusən gənc oğlanlar bu gecə ilə əlaqəli hər şeyi bildiklərini sanırlar, və kimdənsə bu gecə ilə bağlı məlumat almağı özlərinə yaraşdırmazlar. Xeyr, bu səhv addımdır. 
Nizamlanmış düzgün seks çox vacibdir. Ola bilər qarşılıqlı olaraq kimdənsə məlumat almaq sizə xoş olmasın, amma bunun başqa öyrənmə şəkilləri də var.

İlk gecəyə psixoloji hazırlıq


Bəzi gənc qızlar açıqca qorxurlar ilk gecədən. İçlərindən bəziləri var ki sırf buna görə yeməkdən-içməkdən kəsilirlər. Başlarını qurdalayan suallara cavab tapa bilməmənin kədəri içində nə edəcəklərini bilməyən bir halları olur. Kimisi, “Görəsən yoldaşımı xoşbəxt edə biləcəyəmmi?” deyə düşünər. Kimisi isə “Çox ağrılı olacaq?” deyə soruşar özü özünə. Bunun kimi müxtəlif suallar narahat edir onları. Bəli, haqlıdırlar. Əslində ilk gecə çox əhəmiyyətlidir. Amma bunun üçün üzüntüyə qapılmamaq lazəmdır. Əgər bu mövzuda məlumat əldə etsəniz, bütün evlilik həyatınızın xoşbəxt keçməsini təmin edəcəksiniz.”
İndiki vaxtda gənc qızların ilk gecə qorxusuna səbəb, əslində məlumatsızlıqdan irəli gəlir.

Bəzi gənc oğlanlar, haram olmasına baxmayaraq ilk cinsi əlaqələrini evlilikdən əvvəl xüsusi pozğunxanalarda yaşamaqdadırlar. Həmən yerlərdə, gənclərə hörmət edilmədən bir an əvvəl işini qurtarmaları tələb olunur. Bununla cavanlarımız sanki pulunu alan qadın tərəfindən təhqirə uğramaqdadır. Hətta bu təhqirlər qarşısında cinsi birləşməyi belə reallaşdıra bilməyən, sərtləşməyə keçə bilməyən oğlanlar da az deyil. Təcrübə qazanmaq istəyən gənc, ömür boyu cinsi əlaqədən soyuya bilər, müxtəlif problemlərlə qarşılaşa bilər. Əslində bu Allah’ın nigahsız cinsi əlaqəni haram qılmasına bir səbəb olaraq göstərilə bilər.
Ümumiyyətlə gənc qızlar, ilk cinsi əlaqəyə, qorxulacaq bir hadisə gözüylə baxarlar. Qızlıq pərdəsi deyilən şey necə bir obyektdir? Cinsi əlaqə əsnasında, hələ başlanğıcında necə davranmalıdır? Doğrusu budur ki, bu sırada qorxuları daşıyan tək gənc qız deyil, oğlanlar da müxtəlif duyğular içindədir. 

Bu vəziyyətdə yoldaşlar bir-birlərini tamamlamaq və bir-birlərinə kömək etmək məcburiyyətindədirlər. Çox vaxt, kişilərin bu mövzuda böyük məsuliyyətlər daşıdığı deyilir. Bir dərəcəyə qədər bu doğru sayıla bilər. Amma tamamilə də doğru deyil. Çünki məsul olan tək kişi deyil, həmçinin gənc qızdır. Yəni məsuliyyətləri bərabər şəkildə bölüşdürməlidirlər. Gənc qız, onun utancaqlığını artıracaq, əsəblərini pozacaq hərəkətlərdən qaçınmalıdır. Yoldaşına kömək etmək tək kişinin arvadına deyil, qadının da kişisinə qarşı vəzifəsidir.

İlk intim əlaqədə qadını ən çox qorxudan şey, qızlıq pərdəsidir. Halbuki bu son dərəcə sadə bir problemdir… Əksəriyyətlə bu pərdə çox yüngül bir ağrıma duyğusu verərək yırtılır. Pərdə incədirsə duyulan ağrı azdır. Qalındırsa yırtılması bir az daha çətin və ağrılı olur.Amma bunu gözlərdə çox böyütməmək lazımdır. Qızlıq pərdəsinin yırtılışı əsnasında bir az qan da axar. Ancaq bəzi pərdələrdə bu qanın axmaması da mümkündür.

İlk gecə ilə əlaqədar çətinliklər, yalnız qızlıq pərdəsi və bununla əlaqədar problemlər deyil əlbəttə. Əsəbi gərginliyi ilə əlaqədar çətinliklər, bunlardan çox daha əhəmiyyətlidir. Bu gərginliyin meydana gətirdiyi bəzi çətinliklər var, məsələn:
Bir gənc qız, belə qorxu və gərginlik içində olduğu zaman vaginanın ətrafındakı əzələlər dartılır və bu səbəblə vajina yolu digər zamanlardakına nisbətən daha dar bir hala gələr. Bundan başqa, necə ki xalq qarşısında ilk dəfə nitq verməyə çıxan bir kimsənin həyəcandan ağızı quruyursa, eyni şəkildə qorxu və həyəcan içində olan bir gəlinin də vaginasının içi quruyar və sürüşkənlik olmaz. Belə olunca, kişinin cinsi orqanının (penisin) içəri girməsi çətinləşər. Cütlər, bu gərgin halları keçirib yaxşıca sakitləşənə qədər şirin şirin söhbət etmələti və gözləmələri məsləhət olunur. Həyəcanları tamamilə keçib ehtiraslı bir arzu duyduqları zaman təkrar işə başlarlarsa, o zaman vajina ətrafındakı əzələlər boşalar və təbii şəkildə ifrazatla özbaşına sürüşkənləşər. Bu vəziyyətdə cinsi əlaqə çox daha asan və rahat olar. Soğan pərdəsinin cırılması qədər asan və xəbərsiz belə ola bilər.
Gənc qız, gərginlik və həyəcanının asanca keçməyəcəyini düşünürsə, o zaman bir isti su ilə yuyunması çox faydalı olar.

Kişiyə gəlincə, ilk cinsi əlaqənin həyəcanı, özünü müvəqqəti müvəffəqiyyətsiz buraxa bilər. Günlərdən və saatlardan bəri bu dəqiqəni və bu anı gözləmiş, bu vəziyyəti çox düşünərək beynini yormuşdur. Həyəcan, və yorğunluq nəticəsində kişi, cinsi orqanının sərtləşmədiyini görə bilər. Kimi kişi bu vəziyyət qarşısında dəhşətə düşər. Bu vəziyyətdə yetkin və anlayışlı bir qadının edəcəyi tək şey, ərinə olduqca yaxşı davranmaq, könül alıcı şeylər söyləmək, işi zarafata vurmaq və bunun sırf, o ana xas, keçici bir şey olmasını və əhəmiyyətinin olmadığını ifadə edərək, onun özünə təkrar etibarını qazanmasını təmin etməyə çalışmaqdır.
Əslində belə bir vəziyyətə düşməyi önləmək üçün yoldaşlar, daha yataq otağına girər-girməz cinsi əlaqəyə girməkdən qaçınmalıdırlar. İkisi də bir müddət oturub istirahət etməli, söhbət etməli, bəzi oynaşmalarla özlərini buna hazırlamalıdırlar. Nə vaxt arzu və ehtiraslarının əməlli-başlı oyandığını hiss etsələr, o zaman yatağa girməlidirlər. Əgər bədən və sinirləri əməlli-başlı yorğundursa, buna görə içlərində gerçək bir arzu duymurlarsa, ilk cinsi əlaqəni ertəsi axşama buraxmaq ən yaxşı yoldur. Ayrıca bu da xatırlanmalıdır ki, yoldaşlardan biri istəksiz ikən edilən cinsi əlaqə heç də zövq verici və təmin edici deyil.

İlk gecədə cinsi əlaqədən əvvəl Sevgi’yə əhəmiyyət verilməlidir:


Qadın, sırf cinsi əlaqə üçün cinsi əlaqədə olmaz, sevgidən irəli gələn bir cinsi əlaqədə olar, kişi isə sırf cinsi əlaqə üçün sevgi ilə əlaqəsi olmadan bu əməli törədə bilər.
Sevgisiz cinsi əlaqə, qadın üçün bir işgəncədir. Halbuki kişi quruluşu tam fərqlidir. Kişi üçün sevgi başqa mövzu, cinsi əlaqə başqa mövzudur. Heç sevmədiyi bir qadınla da cinsi doyum uğruna yata bilər. Qadının vəziyyəti isə fərqlidir.

Kişi hər şeydən əvvəl qadın bədəni ilə qadın ruhunu yaxşı tanımalıdır. Qadınlar müəyyən bir xarici təsir olmadan cinsi cəhətdən çox oyanmazlar. Bu baxımdan kişi, əvvəl bəzi davranışlarıyla başlamalı, yoldaşında az çox da oyanış gördükdən sonra yaxınlaşmalıdır. Bu sırada sözdən çox nəzakətli və sevgi dolu hərəkətləri ilə qadını qazanmağa çalışmalıdır. Qadınların bədəninə yaxınlaşmadan əvvəl onların ruhlarının dərinliklərinə enmək çox əhəmiyyətlidir.

Bir nümunə verək. Kişi, özünə düşmən olduğunu bildiyi, amma cinsi istiqamətdən cazibədar tapdığı bir qadını imkan tapsa qoynuna alar, öpər, oxşayar və arzularını bu qadının üzərindən təmin edər. Qadın ancaq bəyəndiyi, xoşlandığı kişi ilə birləşdiyi zaman gerçək həzzi dada bilər.

Gənc qızın ilk birləşmədə orgazma çatmasını da gözlənməməlidir. Qadınlar evliliklərinin ilk günlərində cinsi yaxınlaşmağı ümumiyyətlə bir vəzifə duyğusu içində edirlər. Kişi, yoldaşının soyuqluğundan qorxmamalıdır. Bu vəziyyət ötəridir. Qadınların əksəriyyəti uzun bir müddət sonra cinsi zövqə çatarlar. Cismi və ruhi cəhətdən sağlam olan bir qadının cinsi əlaqəyə qarşı soyuq olacağı düşünülə bilməz.
İlk gecədə bəyin həyəcanı:

Bir çox oğlanlar da ilk gecədə gəlinlər qədər həyəcanlıdırlar. Bu onların təcrübəsizliklərindən irəli gəlir bəlkə də. Bəlkə də sevdikləri, saydıqları, həyat yoldaşı olaraq gördükləri qadına ilk olaraq bu qədər yaxınlaşmanın verdiyi həyəcandan irəli gəlir. Böyük bir həyəcan hətta utancaqlığa səbəb ola bilər. Gəlin bu ilk gecədə yumuşaq xasiyyətli, uyğun və anlayışlı davranaraq oğlana köməkçi olmalıdır. jumping on bed in hotel room

Qoruyucu vasitələrin sağlamlığa təhlükəsi var


Məlumdur ki, prezervativlə seks ən təhlükəsiz intim yaxınlıq hesab olunur. Buna baxmayaraq seksoloqlar hesab edirlər ki, daim prezervativ istifadə edərək cinsi əlaqədə olmaq qadın sağlamlığı üçün müxtəlif təhlükələr yarada bilər.


Mütəxəssis-seksoloqlar bunun səbəbini belə izah edirlər: ” Prezervativ intim əlaqə zamanı qadın və kişi orqanizmi arasında gedən hormon mübadiləsinə baryer yaradaraq mane olur. Seks zamanı qarşılıqlı cinsi hormonlar mübadiləsi baş verir. Yəni, kişi qadına androgenləri, qadın isə kişiyə estrogenləri ötürür. Bu hormonlar isə özlüyündə ürək-damar fəaliyyətinin tənzimlənməsində böyük rol oynayır. Əgər qadın bu hormonları kişidən almırsa (prezervativ buna mane olur), o zaman qadın orqanizmi özü bu hormonları sintez etməyə başlayır. Bu isə qadınlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”.


Bu zaman qadında kişi orqanizminə məxsus əlamətlər- tüklənmə, sümüklərin qalınlaşması, səsin kobudlaşması baş verir. Bu əlamətlər həmçinin, eyni səbəbdən 35 yaşı keçmiş, lakin cinsi əlaqədə olmamış qadınlarda da tez-tez müşahidə olunur. Daim prezervativlə cinsi əlaqədə olan qadınlarda bundan başqa süd vəzilərində də problem yaranır, mastopatiya inkişaf edir.